sosial sığorta stajı

Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu

sosial reklam
sosial teleradio yayımı
OBASTAN VİKİ
Sığorta
Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. İxtisaslaşdırılmış təşkilatlar – sığorta şirkətləri – tərəfindən sığorta etdirənlərin sığorta haqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir. Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət – sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir. Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur.
Atəşgah sığorta
Atəşgah sığorta (tam adı:"Atəşgah" Sığorta Şirkəti Qapalı Səhmdar Cəmiyyəti) — Azərbaycanın sığorta və biznes bazarında fəaliyyət göstərən şirkətlərdən biri. 1996-cı ildə yaradılıb.
Ekoloji sığorta
Ekoloji sığorta sisteminin əsas göstəriciləri: sığorta riski, sığorta ödənişinin həcmi, sığorta haqqı, sığorta tarifləri və s. Son illərdə sığortanın yeni növü- ekoloji sığorta növü yaranmışdır. Belə sığorta ətraf mühitə, insanların sağlamlığına ziyan vuranların məsuliyyətini artırmağa xidmət edir. Müxtəlif müəssisələrin istehsal fəaliyyəti nəinki ətraf mühitə, eləcə də insan sağlamlığına ziyan vurur. Hazırda zərərli tullantıların atmosferə, su hövzələrinə və s. yerlərə atılması ilə üzləşmək olar. Bunun səbəbi müxtəlif ola bilər. məsələn, hal –hazırda istehsalatda tətbiq olunan texnoloji proseslərin əksəriyyəti köhnəlmiş və ağlasığmaz dərəcədə ətraf mühitə zərərli tullantılar buraxır. Bunlara misal olaraq neft sənayesini və kimya zavodlarını yada salmaq kifayətdir. Məlumdur ki, hazırda ekoloji baxımdan təmiz texnologiya, yeni təmizləyici qurğular işlənib hazırlanır, əhalisi sıx olan yaşayış məntəqələrindən zərərli məhsul istehsal edən müəssisələrin şəhərətrafı ərazilərə köçürülməsi və s.
Qarant Sığorta
Rəvan Sığorta
Sığorta bazarı
Sığorta bazarı — sığorta xidmətlərinin təklif olunduğu maliyyə bazarının bir hissəsi. Bu bazarda sığorta xidmətləri sığorta şirkətləri tərəfindən təklif olunur. Sığorta xidmətləri bazarı üçün vacib olan sığorta fəaliyyətinin dövlət tənzimlənməsidir ki, bu da icbari lisenziyalaşdırmanı, sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsinə nəzarəti nəzərdə tutur. Sığorta bazarının təşkilinin ən mühüm prinsiplərindən biri sığorta şirkətlərinin ədalətli rəqabətinin təmin edilməsidir. Rusiya Federasiyasında sığorta xidmətləri bazarında ədalətli rəqabət meyarlarını müəyyən edən "Rəqabətin qorunması haqqında" xüsusi qanun mövcuddur. Azərbaycan müstəqillik illərindən sonra, yerli sığorta bazarı formalaşmağa başladığı vaxtdan etibarən, cəmi 2 xarici kapitalla işləyən sığorta şirkəti daha uzun dövrdə bazarda fəaliyyət göstərmişdir. Onlardan biri 90-cı illərin sonunda Azərbaycan-Türkiyə müştərək müəssisəsi olaraq yaradılmışdır (Başak-İnam Sığorta Şirkəti) və sonradan bu şirkət müstəqil yerli şirkət kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə isə maliyyə vəziyyətinə əsaslanaraq, sığorta requlyatoru tərəfindən şirkətin lisenziyası ləğv edilmişdir. Xarici şirkət olaraq, yerli bazarda 2-ci ən uzun müddət fəaliyyət göstərən şirkət isə "AXA MBASK" şirkəti olmuşdur ki, bu da Fransaya məxsus qlobal "AXA" şirkətinin törəmə müəssisəsi olmuşdur. Bu şirkət ilk olaraq, yerli "MBASK" şirkətinin səhmlərinin 51%-ni alaraq fəaliyyətə başlamış, sonrakı illərdə şirkətin səhmləri 100% qlobal "AXA" şirkətinə satılmışdır.
Sığorta daxılı
Sığorta daxılı – hər hansı eyni sığorta növünü aparan sığortaçıların həmin sığorta növü üzrə maliyyə sabitliyinin təmin edilməsi məqsədi ilə sığorta müqavilələri üzrə iştirakçılarının birgə öhdəliyini nəzərdə tutan hüquqi şəxs olmayan birliyi
Sığorta müqaviləsi
Sığorta müqaviləsi (alm. Rückversicherungsvertrag‎) — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı. == Tarixi == Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi. Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə vəziyyətində olarsa, digər təfər ona qarşı xeyirxah bitərəflik saxlayır. Bismark hər vasitə ilə çalışırdı ki, bu Avstriyaya yox, təkcə Fransaya aid edilisin.
Tibbi sığorta
Tibbi sığorta — sığorta siyasətində və ya qanunda göstərilən tibbi xidmətlərin hamısını və ya bir hissəsini ödəmək üçün ümumi bir fonda ödənilən töhfələr və ya vergilər hesabına tibbi xərclərin maliyyələşdirilməsi sistemidir. Tibbi sığortası gündəlik sağlamlıq müayinələri, mütəxəssis müraciətləri, stasionar və ambulator cərrahiyyə, xəstəlik və ya xəsarət kimi gözlənilməz hadisələr və dərman resept ilə əlaqəli, lakin bununla məhdudlaşmayan sağlamlıq xərclərini əvəz edir. Tibbi sığorta siyasəti fərdi şəxs tərəfindən ödənilən, Sosial Təminat vasitəsilə bir xidmət olaraq təqdim edilən və ya bir şirkət tərəfindən işçi müavinət paketinin bir hissəsi olaraq ticari olaraq təsnif edilir.Tibbi sığortanın bəzi növləri xəstəliyə (yəni, əlillik məzuniyyətinə) və ya valideyn məzuniyyətinə görə itirilmiş iş vaxtı üçün gəlir müavinətlərini də əhatə edə bilər. "Sığortalı" tibbi sığorta siyasətinin sahibi və ya tibbi sığortası olan şəxsdir. Tibbi sığortanın növündən asılı olaraq ya sığortalı xərcləri cibdən ödəyir və kompensasiya alır, ya da sığortaçı birbaşa provayderə ödəniş edir. Amerika Birləşmiş Ştatları kimi universal səhiyyə əhatəsi olmayan ölkələrdə tibbi sığorta ümumiyyətlə işəgötürənlərin müavinət paketlərinə daxil edilir. Amerikanın Tibbi Sığorta Assosiasiyasına görə, tibbi sığorta "xəstəlik və ya yaralanma nəticəsində verilən müavinətlərin ödənilməsini təmin edən əhatəetmə kimi təyin olunur. Buraya qəza, tibbi xərclər, əlillik və ya təsadüfən ölüm və s. sığorta daxildir" Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. == İcbari tibbi sığorta == İcbari tibbi sığorta (İTS) ərazi proqramı çərçivəsində sığorta hadisəsi baş verdikdə sığortalı şəxsə icbari tibbi sığorta hesabına pulsuz tibbi yardımın təmin olunmasına yönəlmiş dövlət tərəfindən yaradılan hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemi olan məcburi sosial sığorta növüdür.
Sığorta şirkəti
Sığorta şirkəti — sığorta fondunun tarixən müəyyən edilmiş sosial fəaliyyət forması, sığorta müqavilələrinin bağlanmasını və onların saxlanmasını həyata keçirən ayrıca strukturdur. Sığorta şirkətlərinin fəaliyyət sahəsi kommersiya sığortasıdır, sığortanı həyata keçirmək üçün sığorta şirkətinə dövlət sığorta nəzarəti orqanından lisenziya lazımdır. == Dünyanın ən böyük sığorta şirkətləri == Sığorta İnformasiya İnstitutunun məlumatına görə, aşağıdakı sığorta şirkətləri 2013-cü ildə mükafatların toplanması baxımından dünyanın ən böyük şirkətləri olub: == Qarşılıqlı sığorta == Sığorta şirkətləri adətən qarşılıqlı və ya özəl şirkətlər kimi təsnif edilir. Qarşılıqlı şirkətlər sığortalılara, səhmdarlar isə (polislərə sahib ola və ya olmaya bilər) özəl sığorta şirkətlərinə məxsusdur. Qarşılıqlı sığortaçıların səhmdar cəmiyyətləri yaratmaq üçün demutuallaşdırılması, eləcə də qarşılıqlı holdinq şirkəti kimi tanınan hibridin formalaşması XX əsrin sonlarında ABŞ kimi bəzi ölkələrdə adi hala çevrilib. Bununla belə, bütün dövlətlər qarşılıqlı holdinq şirkətlərinə icazə vermir. == Təkrar sığorta şirkətləri == Təkrarsığorta şirkətləri digər sığorta şirkətlərinə sığorta polisləri təqdim edən sığorta şirkətləridir ki, bu da onlara öz risklərini azaltmağa və əhəmiyyətli itkilərdən qorunmağa imkan verir. Təkrarsığorta bazarında böyük ehtiyatlara malik bir neçə iri şirkət üstünlük təşkil edir. Təkrarsığortaçı həmçinin sığorta risklərinin birbaşa təkrarsığortaçısı ola bilər. == Keptiv sığorta şirkətləri == Keptiv sığorta şirkətləri, əsas qrup və ya qrupların yaratdığı riskləri maliyyələşdirmək üçün xüsusi məqsədlə yaradılmış məhdud təyinatlı sığorta şirkətləri kimi müəyyən edilə bilər.
Azərbaycanda sığorta
1917-ci il inqilabına qədər Rusiya imperiyasının tərkibində olan Azərbaycanda bir çox dövlətlərin – Rusiya, Almaniya, İngiltərə və başqa dövlətlərin sığorta cəmiyyətləri var idi. 1918-ci ilin 28 may tarixində Şərqdə ilk olaraq Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Lakin 1920-ci il 29 aprelində XI Qırmızı Rus Bolşevik Ordusu tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Demokratik Respublika devrildi. Azərbaycan Sovet Sosialist Respublikası Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası tərkibində elan olundu və SSRİ-nin tərkibinə 1920-ci ildə daxil edildi. Dövlət sektorunda müəssisələrin maliyyə və əmlakının mühafizəsi məqsədilə 1921-ci ildə Moskvada SSRİ-i Maliyyə Xalq komisarları tərkibində Dövlət Sığorta İdarə edilməsi yaradilmışdır. Dövlət Sığorta sisteminin yaradilması böyük şəbəkə filiallarının və bütün SSRİ ərazisində nümayəndəliklər qurulması nəzərdə tutuldu. 1921-ci il 21 oktyabrda Azərbaycan Sovet Sosialist Respublikasında yerli Dövlət Sığorta İdarəsi yaradıldı. Bütün SSRİ Dövlət Sığorta İdarələri böyük şəhərlərdə və respublikanın rayonlarında, regionlarda, vilayətlərdə geniş filiallar şəbəkəsinə malik oldular. Azərbaycan SSR-ın Dövlət Sığorta İdarəsi Bakı şəhəri üzrə 11 filiala, şəhər və rayonlarında isə 80 filialdan ibarət təşkil edilmişdir.
ASC Rəvan Sığorta
Sığorta müqaviləsi (1887)
Sığorta müqaviləsi (alm. Rückversicherungsvertrag‎) — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı. == Tarixi == Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi. Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə vəziyyətində olarsa, digər təfər ona qarşı xeyirxah bitərəflik saxlayır. Bismark hər vasitə ilə çalışırdı ki, bu Avstriyaya yox, təkcə Fransaya aid edilisin.
Sosial-demokratiya
Sosial-demokratiya — reformist və tədrici metodları ilə birlikdə demokratik toplumçuluğu qurmağı hədəfləyən siyasi ideologiyadır. Digər bir təsvir olaraq sosial-demokratiya bəşəri dəyərlərlə əlaqəli olaraq vətəndaşların fərqi və ictimai ehtiyaclarını təmin etməyi hədəfləyən dövlət və ya bu yöndəki siyasi cərəyan və kapitalist iqtisadiyyat içində ortaqlaşaraq uyğunlaşma şəraiti olaraq da təsvir edilməkdədir. Qərbi və Şimali Avropada XX əsrin ikinci yarısından sonra nəzərə çarpan formada görülməyə başlayan ictimai modellər və iqtisadi siyasətlərin nəzərdə tutulduğu model daha çox bu formadadır. Bur başqa təsvir formasına görə sosial-demokratiya kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem içində qəbul edilə bilən səviyyəyə salmağı məqsəd kimi qəbul edən siyasi ideologiyadır. II İnternasionalda ortaya çıxan yenidən formalaşdırmaçılar və inqilabçı sosialistlər arasındakı bölünmənin ardından sosial-demokratlar kapitalizmin irəliləmə müddəti içində sosialist iqtisadiyyata dönüşdürülməsini müdafiə etdilər.Sosial-demokratiya düşüncəsi tək qabul edilə bilən hökumət formasının hüququn üstünlüyü altındakı nümayəndəli demokratiya olduğunu irəli sürməkdədir. Demokratik qərar alma mexanizmasını genişlədərək siyasi demokratiyanın fövqünə istidadi demokratiyaya qədər, iş gücü ilə işçilərin və digər iqtisadi pay sahiblərinin yetərli miqdarda birlikdə qərar alma haqqlarını irəlilətməyi məqsəd kimi qəbul edər. Kapitalizmin səbəb olduğu sosial bərabərsizlik, yoxsulluq və müxtəlif qruplrın haqsız davranışlarına qarşı çıxarkən digər yandan tamamilə planlı bazar iqtisadiyyatına ya da tamamilə nəzarətsiz bazar iqtisadiyyatına qarşı çıxır.Sosial-demokratiya sentikalist işçi hərəkatı ilə yaxın bir əlaqədədir və iş gücü ilə işləyən işçilər və sahibkar arasında toplu görüşmə üsulunu dəstəkləyir. Sosial-demokratik partiyaların böyük çoxluğu Sosialist İnternasionalı ilə yaxın əlaqədədir. Sosialit İnternasionalın qavramına görə sosial-demokratiyanın təməlləri budur: Bərabərlik Azadlıq HəmrəylikSosial-demokratiya anlayışı XIX əsrin II yarısınan bu yana işçi siniflərin irəli sürdüyü sosial və siyasi mübarizələr ilə hakim siniflərin getdikləri güzəştlər sonunda gəlinən uzlaşmanın bəhrəsidir. Bu müddətdə klassik liberal demokratiyanın təməllərini yaradan dəyərlər sistemi (kapitalizm, siyasi demokratiya, çoxulçuluq və s.) qorunmuş, amma sosial ədalət, sosial dövlət, sosial haqqlar kimi yeni dəyərlərlə zənginləşmişdir.
Sosial Mühəndislik
Cəmiyyət Mühəndisliyi — Sosial Mühəndislik (Social Engineering "Political Science") Zehin memarlığı, və ya daha kompleks bir ifadəylə "İctimai psixoloji şüur memarlığı" deyilən fəaliyyətdir. Daha çox əhalinin dar görüşlü qisminə və ya nəzərdə tutulmuş xüsusi şəxslərə qarşı həyata keçirilir. Cəmiyyət mühəndisliyi strategiya, marketinq, təlim, dini və ya başqa məqsəd güdən insanlar tərəfindən: uşaqlar, gənclər, yoxsullar, ya da qadınlar kimi daha müdafiəsiz qruplara tətbiq olunur. Bu cür təbliğat və təşkilatlar, alternativ və ya rəqib düşüncəni düşmanlaşdıra da bilər. İnsanlıq tarixindən indiyə kimi bir çox idarəedicilər və siyasətçilər bu metodları çox yaxşı bilir və bu sənəti mahir icra edirlər. == == Xakerlər və fırıldaqçı insanlar tərəfindən, şəxsə özü ilə əlaqədar gizli məlumatları verməyə razı etmək və aldatmaq üçün istifadə də olunur. Bu yola əl atan peşəkarlaşmış insanlar, cəmiyyət psixologiyasını yaxşı bildikləri üçün məhkəmə qarşısında olanda belə özlərini qoruya və qarşısındakı hakimin qərarına təsir belə göstərə bilirlər.
Sosial adaptasiya
Sosializasiya - insan ehtiyatlarının inkişafı mühüm məsələrdən biridir. İnsan ehtiyatlarının inkişaf səviyyəsi cəmiyyətin sosial-iqtisadi inkişafının əsas faktorlarından biridir. İnsanın əmək potensialından daha səmərəli istifadə olunması ilə yanaşı keyffiyyətli işçi qüvvəsinin yaradılması məqsədilə, işaxtaranların və eləcədə işçilərin peşə hazırlığı və yenidən hazırlığı və ixtisaslarının artırılması yüksək səviyyədə təşkil olunmalıdır. İnsan ehtiyatlarının inkişafı və səmərəli istifadə olunması üçün sosial-peşə adaptasiya sisteminin yaradılması və inkişafı zəruridir. İnsanların sosial adaptasiyası-onların cəmiyyətdə yeni iqtisadi şəraitə uyğunlaşması prosesidir. Sosial adaptasiyanın əsasını insanın mövcud sosial mühitlə qarşılıqlı əlaqəsi, eləcə də onun şəxsiyyətinin keyfiyyətcə dəyişdirilməsi təşkil edir. Sosial adaptasiya prosesini insanların dəyişən sosial mühitə qısa bir zamanda alışması, uyğunlaşması kimi də başa düşmək olar. Bu prosesin müsbət nəticəsi birinci növbədə insanların psixoloji keyfiyyətlərindən, şətinlikləri üstələyə bilməsi qabiliyyətindən asılıdır. Sosial adaptasiya problemlərinin həlli dövlətin sosial siyasətində əsas istiqamətlərdən biri olmalı, sosial-iqtisadi çətinliklərlə üzləşən insanların sosial müdafiəsinin təşkil edilməsi üçün dövlət tərəfindən xüsusi tədbirlər hazırlanıb həyatakeçirilməlidir. İşsiz və işaxtaranların cəmiyyətə adaptasiya olunması onların, xüsusilə gənclərin düzgün peşə və ixtisas seçimindən, insanların peşə və ixtisaslara meyllərin formalaşmasından, istiqamətləndirilməsindən asılıdır.
Sosial ağıl
Sosial intellekt — özünü və başqalarını tanıma qabiliyyəti, cisimləri və ya səsləri bilmək qabiliyyəti kimi humanitar şərtlərin əvəzsiz bir hissəsidir və bir çox cəhətdən araşdırılmağa dəyər. Sosioloq Ross Hanivillə görə, sosial intellekt sosial inancları, münasibətləri və mürəkkəb sosial dəyişikliyi idarə etmək qabiliyyətini inkişaf etdirən özünün və sosial şüurun kollektiv bir ölçüsüdür. Psixoloq Nikolas Hamfrey insan olaraq kim olduğumuzu müəyyən etmənin kəmiyyət ağlından başqa ictimai ağıl olduğunu irəli sürmüşdür. Edvard Torndayk 1920-ci ildə ictimai ağıl anlayışını böyük kişilər və qadınları, gənc kişilər və qızları, insan münasibətlərində müdrik olmağı anlamaq və idarə etmək bacarığı olaraq izah etdi. Bu Hovard Gardnerin çoxsaylı intellekt nəzəriyyəsində təsvir olunan insanlararası ağıla bərabərdir və zehin nəzəriyyəsi ilə sıx əlaqəlidir. Bəzi müəlliflər sosial intellekt tərifini yalnız sosial-psixoloji reklam və marketinq strategiyalarına baxaraq sosial vəziyyət haqqında məlumatlı olmaq şəklində bildirmişdilər. Şon Folenoya görə sosial intellekt, fərdin ətraf mühiti ən yaxşı şəkildə başa düşmək və uğurlu sosial davranışa müvafiq reaksiya vermək bacarığıdır. Sosial intellektin qabiliyyət, şifahi və qeyri-şifahi işarələri oxumaq, məlumatdan istifadə etmək, insanları məlumatlandırmaq kimi bir çox fərqli komponentə sahib olduğu müşahidə edilmişdir. Sosial qarşılıqlı əlaqələrdə bacarıqlı olan şəxslərin emosiyalarına nəzarət etmərində də müvəffəq olduqları müəyyənləşdirilmişdir. Bundan əlavə, empatiya sosial zəka quruluşunun tərkib hissəsi olaraq ortaya çıxır.
Sosial bərabərlik
Sosial bərabərlik, bərabərlik — cəmiyyətin bütün üzvlərinin müəyyən bir sahədə eyni statusa malik olduğu sosial nizam. Sosial bərabərliyin siyasi aspekti dövlət idarəçiliyinin qaydalarını nəzərdən keçirməkdən ibarətdir: seçkilərdə iştirak etmək hüququ, liderlərin müəyyən edilməsi qaydaları, liderlərin hüquq və vəzifələri, qanun qarşısında bərabərlik, iqtisadi yanaşma isə əhalinin bölüşdürülməsi prosesini nəzərdən keçirir. faydalar: işləmək hüququ, resursların bölüşdürülməsi, imkan bərabərliyi. == İdeyanın inkişaf tarixi == “Sosial bərabərlik” anlayışının spesifik mənası cəmiyyətin inkişafı ilə dəyişmişdir. Antik dövrdə bərabərlik və əmlak imtiyazları arasında seçim problemi Platon və digər filosoflar tərəfindən mülklər daxilində bərabərlik və mülklər arasında bərabərsizlik mənasını verən “Hər kəsin özünə” düsturu ilə həll edilmişdir. Orta əsr xristian fəlsəfəsində bərabərlik anlayışı “Allah qarşısında hamı bərabərdir” dini normasında öz tətbiqini tapmış, fərdlərin və ya qrupların ictimai münasibətlərini deyil, insanla Tanrı arasındakı münasibəti müəyyən etmişdir. İntibah və Maarifçilik dövründə sosial bərabərlik anlayışı yenidən dünyəvi xarakter alır və fəlsəfə insanların təbii bərabərliyi məsələsini qoyur. Burjua cəmiyyətinin yaranması və inkişafı cəmiyyətə xidmətlərin qiymətləndirilməsinə və səmərələrin müvafiq bölgüsünə baxışın dəyişməsinə səbəb oldu. Sosial mövqe artıq bu və ya digər sinfə, kastaya və s. mənsubiyyətlə deyil, fərdin şəxsi keyfiyyətləri və məziyyətləri ilə izah olunurdu.
Sosial bərabərsizlik
Sosial bərabərsizlik — ayrı-ayrı fərdlərin, sosial qrupların, təbəqələrin, siniflərin şaquli sosial iyerarxiyanın müxtəlif səviyyələrində yerləşdiyi və ehtiyacları ödəmək üçün qeyri-bərabər həyat şanslarına və imkanlarına malik olduğu sosial təbəqələşmə forması. Ən ümumi formada qeyri-bərabərlik insanların məhdud maddi və mənəvi istehlak resurslarına qeyri-bərabər çıxışı olan şəraitdə yaşaması deməkdir. İsveçrənin Credit Suisse bankının 2021-ci il Qlobal Sərvət Hesabatına əsasən, 2020-ci ildə planetin ən zəngin 1,1%-i dünya sərvətinin 45,8%-nə, ən kasıb 55%-i isə 1,3%-nə sahibdir.İƏİT-in məlumatına görə, 2017-ci ildə İƏİT ölkələrində əhalinin ən varlı 10%-nin sərəncamında olan orta gəliri əhalinin ən yoxsul 10%-nin orta hesabla 9,5 dəfə olduğu halda, 1992-ci ildə bu fərq 7 dəfə olub. Sərvət bərabərsizliyi daha da əhəmiyyətlidir: İƏİT ölkələrində əhalinin ən zəngin 10%-i sərvətin 50%-nə, ən yoxsul 40%-i isə sərvətin 3%-nə sahibdir.Fransız iqtisadçısı T.Piketti “XX əsrdə kapital” kitabında belə qənaətə gəlir ki, sosial bərabərsizliyin artması müasir dünyada əsas tendensiyadır, sənaye inqilabı onu məhv etmir, baxmayaraq ki, zaman keçdikcə bu cür artımı daha az vahid edir. == Bərabərsizlik və ayrı-seçkiliyin formaları == Fərdlər üçün sosial statusu və deməli, cəmiyyətdə bərabərliyi və ya bərabərsizliyi müəyyən edən bir sıra sosial xüsusiyyətlər mövcuddur. Gender bərabərsizliyi Yaş Ayrı-seçkiliyi İrqi bərabərsizlik İqtisadi bərabərsizlik Psixi pozğunluğu olan şəxslərə qarşı ayrı-seçkilik Cinsi oriyentasiya və gender kimliyinə əsaslanan diskriminasiyaBərabərsizliklə bağlı baxışlar Keyfiyyətcə qeyri-bərabər iş şəraitini yerinə yetirməklə, sosial ehtiyacları müxtəlif dərəcədə ödəməklə insanlar bəzən iqtisadi cəhətdən heterojen əməklə məşğul olurlar, çünki bu cür əmək növləri onların sosial faydalılığını fərqli qiymətləndirir. Sosial bərabərsizliyin əsas mexanizmləri mülkiyyət münasibətləri, hakimiyyət (hakimiyyət və tabelik), sosial (yəni sosial sabit və iyerarxiyalaşdırılmış) əmək bölgüsü, eləcə də nəzarətsiz, kortəbii sosial diferensiallaşmadır. Bu mexanizmlər əsasən bazar iqtisadiyyatının xüsusiyyətləri ilə, qaçılmaz rəqabət (o cümlədən əmək bazarında) və işsizliklə bağlıdır. Ən təhlükəlisi, istedadlı insanların uşaqlıq və yeniyetməlik dövründə əlverişsiz sosial-iqtisadi şəraitə görə öz istedadlarını anadangəlmə reallaşdıra bilmədikləri, cəmiyyət üzvlərinin şəxsi səyləri ilə əlaqəli olmayan, imkanların bərabərsizliyidir. Məsələn, kasıb ailələrdən olan istedadlı uşaqların yaxşı təhsil almaq imkanları yoxdur və nəticədə “yoxsulluq tələsinə” düşürlər.
Sosial darvinizm
Sosial darvinizm — Sosial Darvinizm, Çarlz Darvinin fikirlərinin sosiologiyaya və təkamül nəzəriyyəsinə verdiyi sosioloji təsirlər haqqında danışmaq üçün istifadə olunan bir termindir. == Haqqında == Sosial Darvinizm Darvinin nəzəriyyəsinin genişlənməsi və sosial sahədə tətbiqidir. Yəni, fərdi orqanizmlər arasındakı rəqabət, ən ekoloji cəhətdən təmiz olması baxımından bioloji təkamül dəyişikliyinə səbəb olur; Fərdlər, qruplar və ya millətlər arasındakı rəqabətin insan icmalarında da sosial təkamülə səbəb olması nəzəriyyəsidir. Məsələn, faşizm və milli sosializm insan münasibətlərində sosial bir darvinist baxımdan istifadə olunur. Bu sistemin məqsədi üstün şəxsləri dəstəkləmək və zəif şəxsləri sistemdən kənarlaşdırmaqdır. İqtisadi təcrübə baxımından bu, kommunist və liberal dairələr tərəfindən müvəffəqiyyətli iş adamlarının maraqlarını müdafiə və təşviq etmək kimi işçi təbəqəsinin həmkarlar ittifaqlarını və digər təşkilatlarını məhv etmək kimi şərh edilmişdir. Bu iddialara baxmayaraq, İtalyan faşizmi və Alman nasizmi işçi sinfini dəstəklədiyi görülür. Hər iki ideologiyada çalışqanlıq, nizam-intizam və sədaqət kimi sosial dəyərlər zərurət olaraq görülür. İqtisadi cəhətdən ölkənin inkişafında təsirli olan işçi sinfi və digər işçilər kapital sahibləri ilə razılığa gəldi və işçilərin kapitala qarşı təzyiqlərinin qarşısını almaq üçün millətçi birliklər quruldu. Bu birliklərdən biri də Alman Əmək Cəbhəsidir.
Sosial demokratiya
Sosial-demokratiya — reformist və tədrici metodları ilə birlikdə demokratik toplumçuluğu qurmağı hədəfləyən siyasi ideologiyadır. Digər bir təsvir olaraq sosial-demokratiya bəşəri dəyərlərlə əlaqəli olaraq vətəndaşların fərqi və ictimai ehtiyaclarını təmin etməyi hədəfləyən dövlət və ya bu yöndəki siyasi cərəyan və kapitalist iqtisadiyyat içində ortaqlaşaraq uyğunlaşma şəraiti olaraq da təsvir edilməkdədir. Qərbi və Şimali Avropada XX əsrin ikinci yarısından sonra nəzərə çarpan formada görülməyə başlayan ictimai modellər və iqtisadi siyasətlərin nəzərdə tutulduğu model daha çox bu formadadır. Bur başqa təsvir formasına görə sosial-demokratiya kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem içində qəbul edilə bilən səviyyəyə salmağı məqsəd kimi qəbul edən siyasi ideologiyadır. II İnternasionalda ortaya çıxan yenidən formalaşdırmaçılar və inqilabçı sosialistlər arasındakı bölünmənin ardından sosial-demokratlar kapitalizmin irəliləmə müddəti içində sosialist iqtisadiyyata dönüşdürülməsini müdafiə etdilər.Sosial-demokratiya düşüncəsi tək qabul edilə bilən hökumət formasının hüququn üstünlüyü altındakı nümayəndəli demokratiya olduğunu irəli sürməkdədir. Demokratik qərar alma mexanizmasını genişlədərək siyasi demokratiyanın fövqünə istidadi demokratiyaya qədər, iş gücü ilə işçilərin və digər iqtisadi pay sahiblərinin yetərli miqdarda birlikdə qərar alma haqqlarını irəlilətməyi məqsəd kimi qəbul edər. Kapitalizmin səbəb olduğu sosial bərabərsizlik, yoxsulluq və müxtəlif qruplrın haqsız davranışlarına qarşı çıxarkən digər yandan tamamilə planlı bazar iqtisadiyyatına ya da tamamilə nəzarətsiz bazar iqtisadiyyatına qarşı çıxır.Sosial-demokratiya sentikalist işçi hərəkatı ilə yaxın bir əlaqədədir və iş gücü ilə işləyən işçilər və sahibkar arasında toplu görüşmə üsulunu dəstəkləyir. Sosial-demokratik partiyaların böyük çoxluğu Sosialist İnternasionalı ilə yaxın əlaqədədir. Sosialit İnternasionalın qavramına görə sosial-demokratiyanın təməlləri budur: Bərabərlik Azadlıq HəmrəylikSosial-demokratiya anlayışı XIX əsrin II yarısınan bu yana işçi siniflərin irəli sürdüyü sosial və siyasi mübarizələr ilə hakim siniflərin getdikləri güzəştlər sonunda gəlinən uzlaşmanın bəhrəsidir. Bu müddətdə klassik liberal demokratiyanın təməllərini yaradan dəyərlər sistemi (kapitalizm, siyasi demokratiya, çoxulçuluq və s.) qorunmuş, amma sosial ədalət, sosial dövlət, sosial haqqlar kimi yeni dəyərlərlə zənginləşmişdir.
Sosial dövlət
Sosial dövlət — vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı olub, onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını təklif edir. Bu sistem sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi quruluşdur. Sosial dövlət anlayışı ilk dəfə 1850-ci ildə alman alimi Lorens fon Şteyn tərəfindən işlədilmişdir. Ümumilikdə bir sosial dövlətin iki növ siyasi və sosial yanaşması ola bilər: Bu modelə görə dövlət vətəndaşların firavan həyat şəraitinin yaradılmasında əsas məsuliyyət daşıyan qurumdur. Bu modeldə dövlətin vəzifəsi daha geniş əhatəli olur, çünki bir vətəndaşın rifahının hər bir yönü üçün məsuliyyət dövlətin üzərinə düşür və bu məsuliyyət heç bir fərq qoyulmadan ölkənin bütün vətəndaşları üçün ümumilik daşıyır. İkinci növ yanaşmada isə bir sosial dövlət vətəndaşlarının həyat səviyyələrinin əvvəlcədən müəyyən olunmuş minimum standartların altına enməməsi üçün bir "sosial təhlükəsizliyi təmin etmə şəbəkəsi" yaradılması nəzərdə tutulur."Sosial dövlət" və "sosial cəmiyyət" ingiliscə müəyyən ölkələrdə (xüsusilə ABŞ) bəzi anlayış qarışıqlıqlarına səbəb olmuş və bu məsələ önəmli mübahisə mövzusu olmuş və olmaqdadır. ABŞ-də və bəzi digər ölkələrdə minimum rifah səviyyəsi mərkəzləşdirilmiş dövlət tərəfindən sığortalanıb birbaşa vahid mərkəzdən qorunmamaqdadır. Lakin hər bir vətəndaşın bu rifah səviyyəsinə çata bilməsi üçün dövlətə bağlı olmayan könüllü sosial qruplar, həm sosial məqsədli özəl qeyri-kommersiya təşkilatları, həm maksimum qazanc hədəfli özəl şirkətlər və az da olsa mərkəzi hökumət orqanları tərəfindən dəstəklənən sosial təşkilatlar bu məsələdə yardımlar göstərməkdədirlər. Bu anlayışa əks olan digər bir "sosial dövlət" anlayışı da mövcuddur. Burada "sosial dövlət" ictimai sektordan dolaylı yollarla subvensiya verilməli şəxslərə fond yardımıdır və həmin fondların əsas qaynağı bərabər, balanslı bölüşdürmə prinsiplərinə uyğun vergiləri verən özəl sektordur.
Sosial dəyişiklik
Ümumi bir ifadə olaraq, istifadə formalarına görə "sosial dəyişiklik" Sosial strukturdakı dəyişiklik: təbiət, təşkilatlar, sosial davranış və ya cəmiyyət içindəki sosial münasibətlər, insanların bir yerdə yaşaması və daha çox şey üçün istifadə edilə bilər. Fərdi və ya paylaşılan dəyərlər baxımından bir qrupa təsir göstərən hər hansı bir davranış və ya hadisə, Bu, cəmiyyətin dəyişməsinə səbəb olacaq bir şeyə qərəzli bir münasibət (daha çox subyektiv mənada) göstərməyi ifadə edə bilər.Bu termin tarixi tədqiqatlarda, iqtisadiyyatda və siyasət elmində iqtisadi böyümə və inkişaf, demokratikləşmə, qloballaşma və siyasi sistemlərin fərqi və ya uğursuzluğu kimi mövzuları əhatə etmək üçün istifadə olunur. Bu termin inqilab və paradiqma qədər geniş anlayışları əhatə edə bilər və ya kiçik şəhərlərin idarə etdiyi cəmiyyətlərdə baş verən dəyişikliklərə qədər daraldıla bilər. Sosial dəyişiklik anlayışı fərdlər qrupunun bəzi xarakterik xüsusiyyətlərinin ölçüsünü də nəzərdə tuta bilər. Bu termin müntəzəm olaraq cəmiyyətin xeyrinə müsbət olduğu qəbul edilən dəyişiklikləri təsvir etsə də, həyat tərzinin mövcudluğuna mane olan və ya zərər verən nəticələri və ya yan təsirləri də təsvir edə bilər. Sosial dəyişiklik sosial işdə və sosial elmdə bir problemdir, eyni zamanda siyasi elmlər, iqtisadiyyat, tarix, antropologiya və digər sosial elm sahələrini də əhatə edə bilər. Yaradılan bir çox sosial dəyişiklik formaları arasında sosial dəyişikliklər üçün teatr, birbaşa fəaliyyət, əks mövqe, qərəzlilik, ictimai təşkilatlanma, inqilab və siyasi aktivlik mövcuddur.
Sosial elmlər
İctimai elmlər və ya sosial elmlər — insan cəmiyyətinin müxtəlif aspektlərini öyrənən akademik biliklər toplusu. Termin təbiət elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya, iqtisadiyyat, tarix, linqvistika, politologiya və s. aid edilir. İctimai elmlər (sosial elmlər) təbiət elmlərii və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir. Emil Dyurqeym, Karl Marks və Maks Veber müasir sosial elmlərin əsas yaradıcılarından sayılırlar.
Sosial fəlsəfə
Sosial fəlsəfə — cəmiyyətdə baş verən hadisələri öyrənən elm. == Sosial fəlsəfənin predmeti == Sosial fəlsəfə cəmiyyətdə baş verən proseslərin məntiqi gedişini öyrənərkən aşağıdakı prinsiplərə əsaslanır: birinci - sosial determinizm (sosial hadisələr arasında səbəb-nəticə və qanunauyğun əlaqələrin hərtərəfli nəzərə alınmasıdır), ikinci – tarixilik prinsipi (ictimai həyatı dəyişilmə və dinamikada götürmək), üçüncü – varislik prinsipi (mühavizəkar və novator tərəflərin ayırd edilməsi), 4-cü – sosial ziddiyyətlərin aşkarı və onlara ictimai hadisə və proseslərin inkişaf mənbəyi kimi yanaşılması. Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər bir-birilə sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Belə ki, sosial fəlsəfə ən yüksək səviyyədə ümumiləşdirmələr aparır və öz müddəalarını daha mücərrəd formada ifadə edir. O, cəmiyyətin ən ümumi inkişaf qanunauyğunluqlarını və meyllərini öyrənir. Buna görə də o, konkret ictimai elmlərə (iqtisadiyyat, sosialogiya. Politalogiya, tarix, hüquq, statiskia və s.) münasibətdə ümumi metodologiya rolunu oynayır. Sonra, sosial fəlsəfə cəmiyyətin inkişafının, bütövlükdə tarixi prosesin ümumi nəzəriyyəsi olduğu üçün ayrı-ayrı ictimai elmlər öz konkret tədqiqat obyektlərinə dair konsepsiyalar işləyib hazırlayarkən ona arxalanırlar. Deyilənlər sübut edir ki, sosial fəlsəfə konkret ictimai elmlər üçün mühüm əhəmiyyətə malikdir. Lakin nəzərdə tutulmalıdır ki, sosial fəlsəfə ilə həmin elmlərin əlaqələri birtərəfli dyeildir.
бабуи́н извини́тельность отхо́дный перу́ны плани́да по-ю́нкерски сконфу́женный слабоу́мие сочиня́ть талья́нка экспансиони́стский полуколо́нна состяза́ние шаром -logue glassen oxidization parrel twelfth unburnished water-gas везти изволить нелепый тралер